BİZ KİMİK?

KEQO Media -Azərbaycanda TikTok LIVE Rəsmi Tərəfdaşı

Artıq TikTokun müxtəlif ölkələrdə bərabər çalışdığı rəsmi portnyorları var. Bu portnyor agentliklər Sizdən heç bir ödəniş almadan və təmənna güdmədən TikTok ofisindən ayrılan xidmət haqqı hesabına çalışır. Rəsmi portnyorun əsas vəzifəsi keyfiyyətli kontentlərə kəşfet dəstəyi və texniki dəstək vermək və Sizi daha çox böyütməkdir.
KEQO Media, Azərbaycanın TikTok LIVE-ın rəsmi tərəfdaşı olaraq, yaradıcı insanları dəstəkləmək və onlara peşəkar inkişaf imkanları təqdim etmək məqsədilə fəaliyyət göstərir. Bizimlə əməkdaşlıq edərək, öz kontentinizi daha geniş auditoriyaya tanıdıb izləyicilərinizi artırma imkanınız olacaq.
İŞ PROSESİMİZ

Effektiv və peşəkariş prosesimiz

Agentliyə müraciət

Yaradıcılar, KEQO Media ilə əməkdaşlıq etmək üçün sadə və sürətli müraciət prosesindən keçərək öz yaradıcı profilini təqdim edir.

Marketinq və auditoriya

Hər bir yaradıcı üçün geniş marketinq təhlili və auditoriya analizləri aparılır, hədəf kütləsi müəyyənləşdirilir.

Strategiyanın hazırlanması

Təhlil nəticələrinə əsaslanaraq hər bir yaradıcı üçün fərdi marketinq strategiyası hazırlayır. Bu strategiya, izləyici artımı və kontent keyfiyyətinin yüksəldilməsi məqsədi güdür.

Fəaliyyət və nəticələr

Strategiya tətbiq edildikdən sonra nəticələr izlənilir və analiz edilir. Detallı hesabatlar təqdim olunur, inkişaf sahələri müəyyənləşdirilərək təkmilləşdirmə addımları təklif edilir.

MİSSİYAMIZ

Yaradıcıların peşəkar inkişafınıdəstəkləyirik.

KEQO Media olaraq missiyamız, yaradıcı insanlara TikTok platformasında uğur qazandırmaq üçün etibarlı dəstək, resurslar və inkişaf imkanları təqdim etməkdir. Biz, hər bir yaradıcıya öz potensialını maksimum səviyyədə reallaşdırmaq üçün peşəkar yol göstəririk.
scroll to top